close

və ya

Şifrənizi unutmusuz?

Anar Huseynzada "ABŞERON HEKAYƏSİ"

 

Gazelli Art House Anar Hüseynzadənin "ABŞERON HEKAYƏSİ" adlı fərdi sərgisini təqdim edir. 2003-cü ildən başlayaraq Anarın yaradıcılığında ailə hekayələri və şəxsi həyatı əks olunmuşdur.

"ABŞERON HEKAYƏSİ" Anarın dördüncü fərdi sərgisidir. Bundan öncəki sərgiləri Vyana, Strasburq və Lüksemburqda numaiş olunmuşdur.

Anar 1981-ci ildə Bakıda anadan olub, 6 yaşından isə rəsm ilə məşquldur. Davamlı və həsəd hissi yaşadan əzmlə Anar Bakı Pionerlər Sarayında rəsm dərnəyindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında magistr dərəcəsinə qədər bütün təhsil mərhələlərini keçib.

 

Anar 20-ci əsrin ortalarında fəaliət göstərən Azərbaycan rəssamlarından, xüsusən də məşhur ustad Mir-Cavaddan ilham almışdır. Anar deyir ki "O dövrün rəssamları sərhədləri aşmağı hədəfə almışdılar, bu gün isə işlərini biz davam edirik." Anar obyektə xüsusi bir forma verməyə çalışmır, çünki buna ehtiyac duymur. Bunun əvəzinə, kətanda yaratdığı enerjini və duyğunu hiss elətdirir. Hər bir əsər müasir üslubda işlənib, ənənəvi naxışlar və bəzəklərlə tamamlanmışdır.

Anar rəsm işləyəndə son nəticədə nə yaranacağını bilməsə də, kətana fırça ilə toxunaraq əsəri inkişaf etdirir. O qədimi və müasir olanı qarışdırmağı sevir: bu sintez tamamilə yeni bir üslubda və perspektivdə orijinal əsərlər yaradaraq, bizə insan ruhunu görmə imkanı yaradır. Anarın sevimli motivi - mistisizmlə dolu müdriklərdir. “Bu ağsaqqallar (müdriklər, şamanlar) mənim ən sevdiyim obrazlardandır. Mənim qəhrəmanlarımın hamısı xəyali olsalar da, mən bilirəm ki, əsərlərimdə təsvir olunan insanlar ədalətli bir həyat sürüb, səyahətlərinin sonunda müdrikləşib, ilahi həqiqəti və həyatın mənasını tapıblar”.

Anar şərq ədəbiyyatının pərəstişkarıdır: onu xüsusilə Nizami, Nəsimi və Füzulinin əsərləri cəlb edir. Onların fəlsəfi məna ilə dolu əsərlərini oxuyaraq, əfsanələrə və qədim nağıllara bürünmüş kətanlar yaradır.

Eyni zamanda Anar arxeologiyanı çox da sevir. Qədim qazıntılarla maraqlanaraq, o keçmişin insanlarından və əşyalardan enerji alır. O deyir ki “Hər dəfə Qobustana gədəndə sanki zamanda səyahət edirəm. Bu, məni yeni əsərlər yaratmağa ilhamlandırır. Məni maraqlandıran, ruhuma toxunan və daxili dünyamdakı hadisələrlə əlaqəli olanları rəsimdə ifadə etməyi sevirəm. Köhnə daşları və ya antik əşyaları gördüyüm zaman, onlara toxunmağa və görünməz gücünü mənimsəməyə çalışıram". Keçmişin əşyalarına və artefaktlarına olan sevgi əsərlərində öz əksini tapmışdır.

 

 

Anar Huseynzada "ABŞERON HEKAYƏSİ"

Tarix

13.02.2021 00:00