close

və ya

Şifrənizi unutmusuz?

İSTİFADƏÇİ RAZILAŞMASI

  1. Ümumi müddəalar
    • Hazırki Razılaşma “GAZELLI GROUP”MMC (VÖEN 1401571551 ) (bundan sonra Şirkət) və internet şəbəkəsinin istifadəçi arasında (bundan sonra “İstifadəçi”) gazelliart.az veb saytının istifadəsinə dair tərəflər arasında münasibətləri tənzimləyir.
    • Şirkət İstifadəçiləri az veb saytında olan Mallarının satışını və çatdırılması xidmətləri (bundan sonra Xidmət) ilə təmin edir.
    • Şirkət gazelliart.az veb saytında Malların və xidmətlərin növləri və süsusiyyətləri, həmçinin onların qiymətləri barədə məlumat yerləşdirir.
    • Hazırki Razılaşma ictimai oferta hesab edilir. “İstifadəçi” bu ofertanın mətni ilə diqqətlə tanış olmalıdır. Əgər İstifadəçi ofertanın hər hansı şərtləri ilə razı deyilsə, ona Xidmətdən istifadə etməkdən imtina etmək təklif olunur.
    • Bu ictimai ofertanın şərtlərini qəbul etməklə, “İstifadəçi” az saytında yerləşdirilən fərdi məlumatların işlənilməsinə dair Siyasəti ilə razılaşır.
    • Bu Razılaşmanı qəbul etməklə İstifadəçi az veb saytının istifadə üzrə təlimatlarına riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.
    • Şirkət istənilən vaxt birtərəfli qaydada hazırkı Razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir.
    • İstifadəçi Xidmətdən istifadə edilməsinə razılıq verməklə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələb olunan yaşa çatdığını həmçinin bu Razılaşmada qeyd olunan digər qaydalarla tanış olduğunu və onlara riayət edəcəyini təsdiqləyir.
    • İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o Xidmətə girişdən imtina etməli və həmin xidmətlərindən istifadə etməsini dayandırmalıdır.

 

  1. İstifadə olunan anlayışlar
    • Şirkət – Azərbaycan Respublikasının qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyət göstərən, “GAZELLİ GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti, Xidmətin inzibatçılığını həyata keçirir və ona Xidmətin mülkiyyətin bütün müstəsna hüquqları aiddir.
    • İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və Xidmətlərindən istifadə edən istənilən fiziki və ya hüquqi şəxsdir.
    • Xidmət — az veb saytından İstifadəçilər tərəfindən verilmiş sifarişin qəbuluna, işlənilməsinə,  verilmiş sifarişlər üzrə Mallar Müştərinin ünvanına çatdırılması  üzrə fəaliyyət.
    • Mallar – az veb saytında yerləşdirilən müxtəlif növ incəsənət əsərləri və digər əşyalar.
    • Şəxsi kabinet — göstərilən xidmətlərin həcmi barədə statistik məlumatı və İstifadəçilərin şəxsi hesabının cari vəziyyətini göstərən Xidmətin rəsmi saytında göstərilən səhifə. Şəxsi kabineti qeydiyyatdan keçirmək üçün ən azı İstifadəçilərin şəxsi məlumatların təqdim olunması lazımdır. Hər bir İstifadəçinin yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.
    • Çatdırılma – İstifadəçinin sifariş verdiyi Malın Şirkət tərəfindən çatdırılması.
    • Kuryer – İstifadəçi tərəfindən verilmiş malların çatdırılmasını həyata keçirən şəxs.
    • İstifadəçinin şəxsi informasiyası – İstifadəçi haqqında məlumatlar və ya məlumatlar məcmusudur. Bu məlumatlara İstifadəçinin özü haqqında və ya qeyd etdiyi şəxsi məlumatları, Xidmətdən istifadə prosesində Şirkət avtomatik olaraq ötürülən məlumatlar, o cümlədən IP-ünvan, “cookie” məlumatları, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında digər məlumatlar aiddir. Bu məlumatlar İstifadəçi tərəfindən qeydiyyat zamanı və Xidmətdən istifadə prosesində avtomatik olaraq Şirkətə təqdim edilir. Şirkət bütün daxil edilən şəxsi məlumatların, gizli saxlanılmasına təminat verir.
  2. İstifadəçinin Qeydiyyatı.
    • İstifadəçi az veb saytında qeydiyyat formasını doldurmaqla və “İstifadəçi qaydaları ilə razıyam” düyməsini basmaqla qeydiyyatdan keçir.
    • Qeydiyyat prosesi başa çatdıqdan sonra İstifadəçinin şəxsi kabinetinə giriş üçün, qeydiyyat formasında qeyd etdiyi elektron poçt ünvanına  login və parol göndərilir.
    • İstifadəçi öz login və parolunun gizli saxlanılmasına və təhlükəsizliyinə görə, həmçinin həmin login və parol adından az veb saytında aparılan bütün əməliyyatlara görə birbaşa məsuliyyət daşıyır. İstifadəçinin login və adı ilə qanunsuz müdaxilə olunduğu zaman İstifadəçi bu barədə dərhal Şirkətə məlumat verməlidir.
    • Şirkət İstifadəçi tərəfindən göstərilən məlumatların düzgünlüyünü təsdiq edilməsi üçün tələb etmək hüququnu özündə saxlayır. Qeyd olunan məlumatların təqdim edilməməsi qeyri-dəqiq məlumat yerləşdirilməsi kimi qiymətləndirilə bilər və bu Razılaşmanın 4.3-cü bənddə göstərilən nəticələrə səbəb ola bilər.
  3. Xidmətin göstərilməsi qaydaları
    • İstifadəçi tərəfindən bu ofertanın şərtlərinin aksepti məhsulları sifariş etmək məqsədi ilə Xidmətə istənilən rahat üsulla müraciət etməklə həyata keçirilir.
    • İstifadəçi az veb saytında olan sifariş və qeydiyyat formasında olan suallarla bağlı ətraflı dəqiq və aktual məlumatları əks etdirdiyinə razılaşır.
    • Sifariş yerləşdirilən zaman təqdim olunan məlumatın məzmunu və həqiqiliyinə görə məsuliyyəti İstifadəçi daşıyır. Əgər daxil edilən məlumatın səhv və ya qeyri-dəqiq olduğu aşkar olunarsa Şirkət həmin İstifadəçinin Xidmətə girişini məhdudlaşdıra və ya yaradılmış şəxsi kabineti ləğ edə bilər.
    • Şirkət istənilən İstifadəçinin az veb saytına girişini heç bir əsas olmadan və səbəb göstərmədən məhdudlaşdıra və ya ləğv edə bilər.
    • İstifadəçi tərəfindən verilmiş sifarişlərin dəqiqliyinə, keyfiyyətinə, səhv və ya vaxtında çatdırılmamasına , ödəniş sistemlərində yaranmış qusurlara görə Şirkət məsuliyyət daşımır.
    • İstifadəçi sərbəst olaraq veb saytı vasitəsilə sifarişi rəsmiləşdirməklə Şirkət ilə hüquqi münasibətlərə daxil olur.
    • İstifadəçi dəyəri online qaydada ödənilmiş sifarişi qəbul etmək üçün çatdırılma ünvanında olmalı və həmin sifariş  verilən  məhsulları qəbul etməlidir, nəğd qaydada verilmiş sifarişlər üçün isə müvafiq ödənişi Mallar çatdırıldıqda həyata keçirməlidir.
    • İstifadəçi aşağıda göstərilən üsulların biri vasitəsilə az veb saytında seçim etməklə ödənişləri həyata keçirə bilər:
  • Məhsullar ünvana Kuryer tərəfindən çatdırılan zaman - nəğd qaydada;
  • Online ödəniş vasitələri ilə. Bu cür ödənişlər zamanı əlavə xərclər və komissiyalar İstifadəçi tərəfindən ödənilir.
    • İstifadəçi öz bank kartını şəxsi kabinetinə bağlaya bilər. Bu zaman sifarişlər verilərkən istifadəçi əlavə rekvizitlər göstərmədən, “ödəniş etmək” düyməsini basmaqla (və emitent bank müdafiə üçün nəzərdə tutduğu hallarda birdəfəlik parol daxil etməklə) ödəniş məbləği şəxsi kabinetə bağlanmış bank kartından tutulacaqdır.
    • İstifadəçi razılaşır ki, sifarişlərin həcmi yüksək olduğu müddətlərdə (pik saatlarda və ya müvafiq aksiyaların keçirilməsi zamanı) sifarişlərin çatdırılma müddətləri artırıla bilər.
    • Sifariş veriləndən sonra İstifadəçi sifariş verilmiş ünvanda olmadığı halda, və ya hər hansı səbəbdən verilmiş sifarişdən imtina etdiyi halda (məhsulların keyfiyyəti ilə əlaqəli olmayan imtinalar istisna olmaqla) Şirkət İstifadəçi tərəfindən verilmiş sifariş və sifarişin çatdırılması üçün online qaydada ödənilmiş pul vəsaitini İstifadəçiyə geri qaytarmayacaq. Əgər sifariş üçün ödəniş nəğd qaydada həyata keçirilərsə və İstifadəçi məshsuldan sifariş etdikdən sonra imtina edərsə və ya məhsul çatdırıldıqdan sonra dəyərini ödəməzsə, az veb saytında həmin İstifadəçinin nəğd qaydada ödəniş etməklə sifariş vermək imkanı 2 (iki) ay müddətinə dayandırılacaqdır.
    • İstifadəçi az veb saytında yalnız bir şəxsi kabinet (akkaunt) yarada bilər. İstifadəçi tərəfindən əlavə gəlir/bonuslar əldə etmək məqsədilə digər akkauntlar yaradıldığı təqdirdə Şirkət tərəfindən İstifadəçinin bütün akkauntları ləğv ediləcəkdir.
  1. Mübahisənin həll edilməsi qaydası
    • az veb saytındasaytının istifadəsi ilə bağlı meydana gəlmiş istənilən məsələlər üzrə İstifadəçi Şirkətə müraciət etmək hüququna malikdir. Bunun üçün İstifadəçi müvafiq müraciəti Şirkətin poçt ünvanına: və elektron ünvanına göndərir, və yaxud telefon nömrəsi üzrə müştərilərin dəstəklənməsi xidmətinə müraciət edir.
    • Fikir ayrılıqlarının və mübahisələrin danışıqlar yolu ilə həll edilməsinin mümkün olmadığı təqdirdə Tərəflər hazırkı Müqavilədən irəli gələn və ya onunla bağlı bütün mübahisələrin, o cümlədən hazırkı Razılaşma ilə  bağlı mübahisələrin Azərbaycan Respublikasının məhkəmələrində həll edilməli olduğu ilə razılaşır və bunu qəbul edirlər.
  2. Məsuliyyət
    • Şirkət İstifadəçinin şəxsi məlumatlarının, həyata keçirilmiş əməliyyatlar haqqında məlumatların və Azərbaycan Respublikasının qanunvericiliyi ilə məxfi (gizli) məlumatlara aid edilən istənilən digər informasiyaya dair hər hansı bir məlumatın aid olduğu İstifadəçi tərəfindən təqdim edilən məxfi informasiyanın qorunması üçün məsuliyyət daşıyır.
    • Şirkət tərəfindən Razılaşmanın şərtlərinin yerinə yetirilməməsinə gətirib çıxaran texniki nasazlıqların (elektrik enerjisi və rabitə ilə təminatın dayandırılması/ zədələnməsi, prosessinq mərkəzinin proqram təminatında nasazlıq və ödəniş sistemlərində texniki nasazlıq) baş verdiyi təqdirdə Şirkətməsuliyyət daşımır.
  3. Digər şərtlər
    • Tərəflər arasında bu Razılaşma ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Qanunvericiliyi ilə tənzimlənir.
    • İstifadəçi hazırkı Razılaşmanın istənilən şərtini dəyişdirmək, ondan imtina etmək və ya istənilən digər üsulla onu pozmaq hüququna malik deyildir.
    • Şirkət istənilən İstifadəçinin az veb saytına girişini heç bir əsas olmadan və səbəb göstərmədən məhdudlaşdıra və ya ləğv edə bilər.
    • “GAZELLİ GROUP” MMC-yə və gazelliart.az veb səhifəsinə, komponentlərinə (datalar, görünən mətnlər, informasiyalar, dizayn, markalar və/ və ya loqolar) aid olan və ya onlarda olan bütün hüquqlar yalnız Şirkətdə saxlanılır və yalnız “GAZELLİ GROUP” MMC-yə məxsusdur.  Şirkətin icazəsi olmadan hər hansı bir əməliyyatla və ya hər hansı digər vasitə ilə veb səhifədə yerləşən materialların/məlumatların qismən və ya tamamilə çoxaldılması, yeniden emal edilməsi qadağandır və müəllif hüquqlarının pozulmasına səbəb olur.
    • Hazırkı Razılaşmanın və ya onun Əlavələrinin hər hansı bir hissəsinin etibarsızlığı və ya yerinə yetirilməsinin mümkün olmaması onun digər hissələrinin etibarsızlığına və ya yerinə yetirilməsinin mümkün olmamasına gətirib çıxarmır.
    • Hazırkı Razılaşma üzrə Tərəflərin yazılı razılığı olmadan  hüquqların üçüncü şəxslərə ötürülməsinə yol verilmir.

 

  1. “GAZELLİ GROUP” MMC barədə məlumat:

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4/4

Telefon:

e-mail:

İş rejimi: