О нас
Gazelli Art House 2003-cü ildə qurucu və direktor Mila Əsgərovanın təşəbbüsü ilə Bakıda Gazelli House binasında qapılarını sənət sevərlərə açdı. İlk olaraq Azərbaycan rəssamlarının sərgiləri uğurla keçirildi. Galereya üçün yeni inkişaf mərhələsi 2012-ci ildə başladı. Londonda konseptual sərgilər keçirildikdən sonra, Mila Əsgərova Londonda Gazelli Art House adlı bir məkan daha yaratdı.
2017-ci ildə, genişmiqyaslı rekonstruksiya işlərindən sonra, Bakı qalereyası müasir incəsənət sevərlərini müxtəlif janrlarda olan sərgilər və əsərlər ilə sevindirməyə davam edir. Bu əsərlərin sırasında Stanley Kasselman, Derek Boshier, Giovanni Ozzolo, Calliope Lemmos, Ceyn MakAdam Freid, Niyaz Najafov, Recycle Grup kimi sənətkarların yaratdığı rəsm, fotoşəkil, kino, video, multimedia instalyasiyaları yer alır.
Gazelli Art House qısa müddətdə vətəndaşlar və xarici qonaqlar üçün sevimli məkana çevrildi. London və Bakıdakı qalereyalarda sadəcə sərgi yox, eyni zamanda mühazirələr, seminarlar, master klasslar, art terapiya təşkil olunur. Qalereya xarici qalereyalar və muzeylərlə fəal əməkdaşlıq edir.
Gazelli Art House, həm yeni istedadları kəşf edir, həm unudulmuş sənətkarları xatırladır, həm də öz yerini tutmuş məşhur sənətçiləri yada salır.